"Neftçi" hara gedəcək?

23 Avqust 2025 08:30 Basketbol 514
"Neftçi" hara gedəcək?

"Neftçi" basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq.

Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq "flaqman" Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq.

“Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA