
“Sabah” basketbol klubu Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla 2+1 illik müqavilə imzalanıb.
Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA school"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib.
O eyni zamanda bir il ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.