“Sabah” 2 yeni məşqçi gətirdi - Serbiyalı və litvalı

21 Avqust 2025 03:10 Basketbol 369
“Sabah” 2 yeni məşqçi gətirdi - Serbiyalı və litvalı

Tanınmış serbiyalı mütəxəssis Aleksandar Trifunoviç “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Srvena Zvezda” (Serbiya), “Jalqiris”, “Ritas” (Litva) kimi klublarda işləyən, 2022-ci ildə Azərbaycan millisinə də rəhbərlik edən çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

Bundan əlavə, litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik sözləşmə bağlanıb.

Store Neftchi
Xəbər Lenti