İtaliya və Misir yığmaları Bakıda əsas raunda vəsiqə qazandı

27 May 04:40 Basketbol 160
İtaliya və Misir yığmaları Bakıda əsas raunda vəsiqə qazandı

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində təsnifatın qalibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, İtaliya və Misir yığmaları əsas raunda vəsiqə qazanıb.

İtaliya A qrupunda Rumıniyanı 21:14, Madaqaskarı 21:15 hesabı ilə məğlub edib. Apennin təmsilçisi əsas mərhələnin C qrupunda Tailandla Latviyaya rəqib olub.

Misir isə B qrupunda Qazaxıstanı 22:9, “Roma”nı 21:19 hesabı ilə üstələyib. Afrika təmsilçisi əsas mərhələnin D qrupunda Filippin və Avstriya ilə üz-üzə gələcək.

Azərbaycan yığması A qrupunda Niderland və “Praqa” ilə eyni qrupda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti