Azərbaycan 1/4 finala qaldı

27 May 04:30 Basketbol 211
Azərbaycan 1/4 finala qaldı

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparır.

A qrupunda yer alan millimiz ilk görüşdə Niderlandla üz-üzə gəlib. Matç rəqibin xeyrinə başa çatıb - 19:13.

İkinci oyunda yığmamız "Praqa" ilə qarşılaşıb. 16:12 hesabı ilə üstün olan komandamız mərhələ adlayıb.

1/4 finala yüksələn komandamızın rəqibi Latviya olacaq. Oyun sabah saat 18:15-də start götürəcək.

Qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayıb.

Niderland – Azərbaycan - 19:13
“Praqa” – Azərbaycan - 12:16

Xal durumu: Niderland - 2, Azərbaycan - 1, "Praqa" - 0

Digər Xəbərlər
Xəbər Lenti