"Sabah"la "Sumqayıt" finalda üz-üzə gələcək

26 May 04:00 Basketbol 211
"Sabah"la "Sumqayıt" finalda üz-üzə gələcək

Oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda "Sabah" U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər.

"Sabah" rəqibinə 42-39 hesabı ilə qalib gələrək ilk finalçı olub.

Günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi "Sumqayıt" U-12, "Naxçıvan" U-12 komandasına qarşı oyunda geridönüş edərək 50-49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb.

Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən "Sabah" və "Sumqayıt" final, "Naxçıvan" və NTD isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər.

U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti