
"Təəssüf ki, Latviya bizdən güclü oldu".
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin basketbolçusu Dina Ulyanova deyib.
O, basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində oyununu dəyərləndirib.
Ulyanova Latviya millisinə məğlubiyyətin səbəblərindən danışıb:
"Onlar bütün matç boyu üstünlüklərini qoruyub saxlaya bildilər. Növbəti həftə bizim Qadın seriyasında oyunlarımız var.
Bu gün etdiyimiz səhvlər üzərində işləyib orada qələbə qazanmağa çalışacağıq. Ümid edirəm ki, yaxşı nəticə qazana biləcəyik".
Qadın seriyasının oyunları mayın 26-27-də baş tutacaq.