Azərbaycan yığmalarının məşqçilər korpusu bilindi - FOTOLAR

25 May 2025 03:50 Basketbol 719
Azərbaycan yığmalarının məşqçilər korpusu bilindi - FOTOLAR

Yeniyetmə basketbolçulardan ibarət Azərbaycan milli komandalarının məşqçilər korpusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, oğlan və qızlardan ibarət U-16 və U-18 Avropa çempionatlarının aşağı divizionlarına hazırlığa start veriblər.

U-18 komandalarının məşqçilər korpusu dəyişməz qalıb. Oğlan millimizin baş məşqçisi Anar Sarıyevin köməkçisi Polad Həsənovdursa, qızlarda isə Evren Alkayaya yenə Aygün Eynullayeva kömək edəcək.

U-16 oğlan millimizin baş məşqçisi vəzifəsinə yeni təyin olunan türkiyəli Erhan Tokerin köməkçiləri Anar Hacıyev və Rüstəm Əliyev olub.

"Abşeron" klubunda uğurlu mövsüm keçirən baş məşqçi 2014-cü ildə Türkiyənin U-20 yığması ilə Avropa çempionu adını qazanıb.

U-16 qız millimizin baş məşqçisi postuna yeni təyin olunan türkiyəli Ferhat Akcana Aygün Eynullayeva kömək edəcək. Baş məşqçi əvvəllər "Ormanspor" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA