Millimizdən uğursuzluq

03:40 Basketbol 91
Millimizdən uğursuzluq

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, qadınların yarışında qrup mərhələsinin matçları keçirilib.

6 komanda iki qrupda mübarizə aparıb. Azərbaycan millisi B qrupunda yarışıb.

Dina Ulyanova, Aleksandra Mollenhauer, Arika Karter və Brianna Frezerin yer aldığı qadın millimiz mübarizəyə Misirlə görüşlə start verib.

Bu matçı qələbə ilə başa vuran komandamız ikinci rəqib Latviyaya isə uduzub. Digər görüşdə isə Misir Latviyadan güclü olub.

Nəticədə 3 yığma eyni xal toplayıb, top fərqinə görə millimiz sonuncu olub.

A qrupunda Çili, Çin Taypeyi, Braziliya, B qrupunda Latviya, Azərbaycan, Misir yarımfinala vəsiqələr üçün oynayacaq.

Hər qrupdan iki komanda yarımfinala yüksələcək.

A qrupu
16:00. Çili – Braziliya - 20:21

B qrupu
16:25. Latviya – Misir - 13:17

II tur
A qrupu

17:50. Çin Taypeyi - Braziliya - 16:21

B qrupu
18:15. Azərbaycan – Misir - 14:12

III tur
A qrupu

19:40. Çili – Çin Taypeyi - 21:12

B qrupu
20:05. Latviya – Azərbaycan - 18:11

Digər Xəbərlər
Xəbər Lenti