Hələ iki oyunda uduzan yığmamız qrup sonuncusu oldu, pley-offdan kənarda qaldı

03:20 Basketbol 67
Hələ iki oyunda uduzan yığmamız qrup sonuncusu oldu, pley-offdan kənarda qaldı

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında qrup mərhələsinin matçları keçirilib.

6 komanda iki qrupda mübarizə aparıb. Azərbaycan millisi B qrupunda yarışıb.

Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət yığmamız ilk matçını Kanada ilə keçirib.

Şimali amerikalılara böyük fərqlə uduzan komandamız Böyük Britaniya ilə matçda da ümidləri doğrultmayıb.

Bu dəfə 12:21 hesablı məğlubiyyət qeydə alınıb. Hələ iki oyunda uduzan yığmamız qrup sonuncusu olaraq pley-offdan kənarda qalıb

A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq. Monteneqro - Ruanda qarşılasması birincilərin qələbəsi ilə yekunlaşıb - 21:13.

Hər qrupdan iki komanda yarımfinala yüksəlib.

A qrupu
16:50. Monteneqro - Ruanda - 21:13

B qrupu
17:15. Kanada – Böyük Britaniya - 21:14

II tur
A qrupu

18:40. Monteneqro - İran - 21:14

B qrupu
19:05. Kanada - Azərbaycan - 12:7

III tur
A qrupu

20:30. Ruanda - İran -21:18

B qrupu
20:55. Böyük Britaniya – Azərbaycan - 21:12

Digər Xəbərlər
Xəbər Lenti