Azərbaycanın daha bir millisi B divizionunda mübarizə aparacaq

04:00 Basketbol 80
Azərbaycanın daha bir millisi B divizionunda mübarizə aparacaq

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, B divizionunun matçları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq.

Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi də ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!