Nazir proqnoz verdi: "Çempionat ildən-ilə daha maraqlı olacaq"

01:20 Basketbol 87
Nazir proqnoz verdi: "Çempionat ildən-ilə daha maraqlı olacaq"

"İldən-ilə çempionat daha maraqlı olacaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri basketbolumuz üçün uğurlu mövsüm keçdiyini bildirib. O, yeni mövsümün formatında müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb:

"Maraqlı çempionat oldu. Deyə bilərik ki, Azərbaycan Basketbol Liqası irəliyə doğru bir addım daha atdı.

Növbəti mərhələlərdə daha maraqlı çempionat təşkil etməyi planlayırıq. Gərgin mübarizə şəraitində keçən görüş izlədik.

Hər iki komanda kifayət qədər yaxşı çıxış etdi. "Sabah"ı çempionluq münasibətilə təbrik edirəm.

Qeyd etmək lazımdır ki, "Abşeron" və "Şəki" bu mövsümün ən sürpriz klubları oldular. Ümid edirəm ki, növbəti mövsüm daha maraqlı çempionat izləyəcəyik".

"Neftçi" və "Sabah" arasında final seriyasında 6-cı oyun baş tutub.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!