"Komandaya çempionluq mübarizəsindəki əziyyətinə görə təşəkkür edirəm"

15 May 2025 03:30 Basketbol 674
"Komandaya çempionluq mübarizəsindəki əziyyətinə görə təşəkkür edirəm"

"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə qalib gələrək (83:78) çempion olduqları oyunu şərh edib.

Sportinfo,az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yarışın çətin keçdiyini bildirib.

"Bu il çempionat çox güclü idi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi"yə finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibəti ilə təbrik edirəm. Komanda üzvlərinə çempionluq mübarizəsində çəkdikləri əziyyətə görə təşəkkür edirəm", - deyə R.Kurtinaytis vurğulayıb.

Tərəflər arasında final seriyasında altı oyun keçirilib. Son matçda dördüncü qələbəni əldə edən "bayquşlar" qızıl medallara sahib çıxıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA