Dünya çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində azərbaycanlı hakim olmayacaq?

03:20 Basketbol 63
Dünya çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində azərbaycanlı hakim olmayacaq?

Mayın 24-25-də Bakıda keçiriləcək kişi və qadınlar arasında 3x3 basketbol üzrə dünya çempionatının seçmə mərhələ oyunlarında azərbaycanlı hakimlər iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Basketbol Liqasının Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov məlumat verib.

O, daha əvvəl ölkəmizdən iki referinin 3x3 basketbol üzrə lisenziyasının olduğunu bildirib:

"Mənimlə birlikdə Ruslan Xalıqovun lisenziyası var idi. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları vaxtı bunu almışdıq.

Sadəcə, 5-6 il təyinat olmadığı üçün yeni lisenziya üçün müraciət etmədik. Paytaxta gələcək ədalət təmsilçiləri isə yarışın startından bir həftə əvvəl bəlli olacaq".

Qadınlardan ibarət Azərbaycan millisi B qrupunda Kanada və Böyük Britaniya, kişilərdən ibarət kollektiv isə Latviya və Misir ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti