"Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir dərsdir"

03:30 Basketbol 140
"Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir dərsdir"

"Ədalətli olaraq oyun boyu dominant oyun nümayiş etdirdik və məntiqi qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqası final seriyasının 5-ci oyununda “Neftçi”yə 107:89 hesabı ilə qalib gələn "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis intensiv oyun nümayiş etdirdiklərini bildirib: "Birgünlük istirahət basketbolçulara faydalı oldu.

Onların psixoloji vəziyyətinə yaxşı təsir etdi. Lakin hələ heç nə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir dərsdir.

Bu gün oyuna fərqli 5-liklə başladıq. Düşünürəm ki, bu da oyunumuza öz müsbət təsirini göstərdi".

Digər Xəbərlər
Xəbər Lenti