Azərbaycan yığmaları niyə Polşaya getməyi arzulayır?

03:50 Basketbol 155
Azərbaycan yığmaları niyə Polşaya getməyi arzulayır?

Basketbolun 3x3 növü üzrə 2026-cı ilin Dünya kubokunun keçiriləcəyi yer bəlli olub.

Sportinfo.az xəbər verir ki, planetin ən güclüləri Polşada mübarizə aparacaqlar.

Kuboka Polşa ev sahibliyi edəcək. 20 kişi və 20 qadın yığması Varşavada münasibətlərini ayırd edəcək.

2025-ci ilin Dünya kuboku Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq.

Kişilərdən və qadınlardan ibarət Azərbaycan yığmaları turnirə vəsiqə qazanmaq üçün bu ay Bakıda keçiriləcək seçmə mərhələdə qüvvələrini sınayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti