
Azərbaycanı növbəti mövsüm avrokuboklarda iki basketbol klubu təmsil edə bilər.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov bildirib.
O, Azərbaycan Basketbol Liqasının (ABL) qalibinin Çempionlar Liqasında mübarizə aparacağını söyləyib:
"İkinci yeri tutan klub isə istəyi olsa, FIBA Avropa Kubokunda çıxş edəcək. Hər şey maliyyədən asılıdır. K
lub turnirdə iştirakla bağlı qərarı özü verəcək. İki komanda avrokuboka gedə bilər. Burada seçim və iştirak haqqı klubların qərarından asılıdır".
ABF rəsmisi "Neftçi" və "Sabah"ın ABL-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini də bölüşüb:
"Hər iki kollektivin həlledici raunda yüksəlməsi gözlənilən idi. Müasir basketbolda büdcə çox şeyi həll edir.
Ən çox büdcəli klubların finala düşməsi təsadüf deyil. Hər ikisində peşəkar və yüksək səviyyəli basketbolçular çıxış edirlər.
Mənim üçün sürpriz nəticə "Şəki" və "Abşeron" komandalarının yarımfinala qədər irəliləməsi oldu. Bu, çox xoş sürpriz idi".