"Pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi"

19 Mart 2025 03:40 Basketbol 693
"Pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi"

"Fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının XIX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

"Matçın əvvəli bərabər səviyyədə keçsə də, boyük fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik.

Rəqibə qarşı pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq".

"Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”