COP29

“Köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişəm”

1 Noyabr 04:00 Basketbol 312
“Köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişəm”

"Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun 4-cü turunun "Spiru" ilə matçını (68:78) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun Belçika klubuna məğlubiyyətini şərh edib:

"Yaxşı müdafiə olunurduq. Amma çox sadə səhvlər edirdik. Hətta köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişdim.

Bəlkə də bu oyunun yaratdığı təzyiqlə bağlı idi. Mənim oyunçularım bu təzyiqlə bacara bilmədi.

Rəqib 11 nəfərlə oynayırdı, bizdə isə 7 nəfər var idi. Endar Poladxanlı və DeAndryus zədəlidir.

Dizində zədə var. Təzyiqlə bacara bilmədik. Üstəlik, Trevon Duval da idmançıya yaraşmayan hərəkətə görə texniki foul aldı".

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər