Region klubu yeni transferini reallaşdırdı – Birillik müqavilə

24 Sentyabr 2024 04:40 Basketbol 835
Region klubu yeni transferini reallaşdırdı – Birillik müqavilə

"Gəncə" basketbol klubu yeni transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Azər Əzimovla 1 illik anlaşma imzalanıb.

195 sm boya malik 20 yaşlı basketbolçu müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü "Sərhədçi"də keçirən oyunçu Azərbaycanın U-20 yığmasına da dəvət alıb.

Azər Əzimov Gəncə təmsilçisində 7 nömrəli formanı geyinəcək.

"Sarı-göylər" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs və Marqus Gilson ilə müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti