Lənkəran klubu ABŞ-dən daha bir oyunçu gətirdi

24 Sentyabr 2024 08:30 Basketbol 840
Lənkəran klubu ABŞ-dən daha bir oyunçu gətirdi

"Lənkəran" heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Emanuel Littls ilə birillik müqavilə imzalanıb.

25 yaşlı hücumçu daha əvvəl Avstriyanın “Fleyer Vels”, Bosniya və Herseqovinanın “Posusje” klublarının formasını geyinib.

Cənub klubu buna qədər ABŞ-dən olan Qreqori Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb.

Bundan başqa, Çınar Çakmak (Türkiyə) və yerli basketbolçular Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun da keçidi rəsmiləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti