Lənkəran klubundan iki transfer – Bir hücumçu, bir müdafiəçi

20 Sentyabr 2024 08:30 Basketbol 833
Lənkəran klubundan iki transfer – Bir hücumçu, bir müdafiəçi

"Lənkəran"iki basketbolçunun transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, cənub təmsilçisi Mirməcid İsmayılov və Zumrat Ankbazovla anlaşıb.

195 sm boya malik İsmayılov ampluaca hücumçudur. 19 yaşlı basketbolçu "Gəncə" və "Sərhədçi" klublarının formasını geyinib.

Eyni boya malik, müdafiəçi mövqeyində çıxış edən Ankbazov isə Azərbaycanın U-20 komandasının üzvüdür. O, son olaraq “Şəki”nin uğurları üçün çalışıb.

“Lənkəran” bundan əvvəl yerli basketbolçulardan Rəşid Abbasov və Varid Ağasızadəni heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti