Azərbaycan klubundan SÜRPRİZ TRANSFER – Məşhur çempionatda oynamış legioner imzanı atdı

4 İyul 2024 20:20 Basketbol 4 515
Azərbaycan klubundan SÜRPRİZ TRANSFER – Məşhur çempionatda oynamış legioner imzanı atdı

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.

Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti