
3x3 basketbol üzrə qadınlar Avropa Kuboku-2025 təsnifat mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, millimiz Kosovoda keçirilən turnirdə yerli komanda ilə birlikdə B qrupunda yer alıb.
Basketbolçularımız Kosovo yığmasına 22:10 hesabı ilə qalib gəlib, qrup lideri kimi yarımfinala yüksəliblər. Bu mərhələdə rəqib Malta millisi olacaq.
Yarımfinal oyunu iyunun 8-də Bakı vaxtı ilə saat 20:40-da start götürəcək.