5 pillə gerilədik - REYTİNQ

17 İyun 2025 02:50 Basketbol 1 037
5 pillə gerilədik - REYTİNQ

Qitə kuboklarının təsnifat mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

Avropa kubokunun final mərhələsinə yüksələn yığmamız dünyada 35-cidir.

Komandanın hesabında 83,991 xal var. Millimiz ötən siyahı ilə müqayisədə xal itirməsə də, 5 pillə geriləyib.

Cədvələ Niderland millisi başçılıq edir – 550,509 xal.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA