Millilərimizin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti bilindi

1 İyun 03:30 Basketbol 1 074
Millilərimizin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti bilindi

Basketbolun 3x3 növü üzrə Azərbaycan millilərinin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, Kosovoda keçiriləcək turnirdə kişi və qadınlardan ibarət yığmalarımızın hərəsində 4 basketbolçu yer alacaq.

Qadınlardan ibarət millimiz B qrupunda Kosovo ilə qarşılaşacaq. Yığmanın heyətində Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter və Brianna Frezer çıxış edəcək.

Kişilərdən ibarət millimiz B qrupunda Malta və Kosovo ilə görüşəcək. Heyətdə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov yer alıb.

Seçmə mərhələnin oyunları iyunun 7-8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi