“Neftçi”nin qarşısında aciz qalıblar - İLK DƏFƏ

03:30 Basketbol 1 687
“Neftçi”nin qarşısında aciz qalıblar - İLK DƏFƏ

Kişi basketbolçulardan ibarət “Sabah” klubu mövsümdə ilk dəfə ardıcıl 2 məğlubiyyət alıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu uğursuz seriya ilə Azərbaycan çempionatının finalında üzləşib.

Rimas Kurtinaytisin yetirmələri “Neftçi” qarşısında aciz qalıblar. “Sabah” 3-cü görüşdə 76:79, 4-cü qarşılaşmada 66:84 hesabı ilə uduzub.

Son çempion cari mövsümdə ümumilikdə 6 dəfə məğlub olub. Bunlardan 4-ü müntəzəm çempionatda, 2-si finalda qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti