Azərbaycan çempionatlarında hələ belə ən uzun final olmamışdı

03:50 Basketbol 1 290
Azərbaycan çempionatlarında hələ belə ən uzun final olmamışdı

Kişilər arasında Azərbaycan Basketbol Liqasının final seriyası ölkə çempionatları tarixinə düşəcək.

Sportinfo.az xəbər verir ki, “Sabah”la “Neftçi” arasında duel son 15 ildə yarışın ən uzun finalı olacaq.

4 görüşdən sonra hesab 2:2 olduğu üçün çempionun müəyyənləşməsinə ən azı daha iki matç keçirilməlidir. Bu isə o deməkdir ki, seriya ən azı 6 qarşılaşmadan ibarət olacaq.

2010-cu ildən sonrakı dövrdə isə heç bir final bu qədər uzun sürməyib. Bunun səbəblərindən biri də qalibin 4 qələbə qazanmasının zəruriliyidir.

Əvvəllər seriya 2, son illər 3 qələbəyədək davam edib, bəzən isə liqa sistemi tətbiq olunub. Ən uzun seriya 2 il əvvəl baş tutub. “Sabah” 2023-cü ildə “Gəncə”ni 5 matçda üstələyib – 3:2.

Digər Xəbərlər
Xəbər Lenti