Millilərimizn Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri bilindi

6 İyun 03:20 Basketbol 739
Millilərimizn Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri bilindi

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət millimiz B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar. Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komanda iyunun 7-də ilk matçını Bakı vaxtı ilə saat 21:45-də Maltaya, ikinci görüşünü isə 23:35-də Kosovoya qarşı keçirəcək.

Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı iyunun 7-də saat 23:10-da start götürəcək.

Kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları iyunun 7-də Kosovonun Priştina şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi