"Futbolçularımız daha Azərbaycan kimi ölkələrdə oynamayacaq"

19 Oktyabr 2020 12:58 Azərbaycan Futbolu 1 304
"Futbolçularımız daha Azərbaycan kimi ölkələrdə oynamayacaq"

"Yavaş-yavaş yığma səviyyəsində lazım olan yerə qayıtmalıyıq.

Final mərhələlərində oynamaq və Avropanı qorxuya salmaq lazımdır. Çünki indi heç kim bizə əhəmiyyət vermir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Universitatya"nın (Kluj) futbolçusu Qabriel Tamaş "Fanatik" nəşrinə müsahibəsində deyib.

36 yaşlı müdafiəçi deyib ki, milli komandanın inkişafı üçün futbolçular yaxşı çempionatlarda çıxış etməlidir:

"Yığmanın köməyi ilə bütün Rumıniya futbolu böyüyəcək və futbolçular əvvəlkitək ad-sanlı klublara keçəcəklər. İndiki kimi Türkiyə, Azərbaycan və ərəb ölkələrinin çempionatlarında oynamayacaqlar".

Rumıniyalı futbolçu daha əvvəl Türkiyədə "Qalatasaray", Rusiyada "Spartak" (Moskva) və İspaniyada "Selta" klublarının da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti