Azərbaycanlı futbolçu özünü makedonlara tanıtdı - VİDEO

21 Sentyabr 2020 10:38 Azərbaycan Futbolu 950
Azərbaycanlı futbolçu özünü makedonlara tanıtdı - VİDEO

Şimali Makedoniya çempionatında 6-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Renova” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:3.

Elvin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Şkupi” 6 oyuna topladığı 13 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu