Azərbaycan Rumıniyanı arxada qoydu, Norveçi yox

17 Sentyabr 2020 09:14 Azərbaycan Futbolu 1 031
Azərbaycan Rumıniyanı arxada qoydu, Norveçi yox

Azərbaycan UEFA-nın əmsallar cədvəlində 25-ci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun əsas və əlavə vaxtında 0:0 hesablı heç-heçə etməsi səbəbindən baş verib.

Penalti seriyasında uduzmasına rəğmən, Ağdam təmsilçisi 0,250 xal toplaya bilib. Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16.125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.

Lakin Azərbaycan 16.250 xalla 24-cü yerdə gedən Norveçi də keçmə şansını əldən verib. Belə bir hal "Qarabağ" "Molde"yə qalib gəlsəydi, gerçəkləşəcəkdi.

Digər Xəbərlər
Xəbər Lenti