AFFA-nın eks baş katibi: "Fubolumuzu çox çətin il gözləyir"

12 Avqust 2020 18:48 Azərbaycan Futbolu 808
AFFA-nın eks baş katibi: "Fubolumuzu çox çətin il gözləyir"

"Nəhayət, minlərlə azərbaycanlı idman həvəskarının gözlədiyi vaxt gəlib çatdı".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.

Futbol veteranı bildirib ki, koronavirus pandemiyası hər sahədə ölkəyə ziyan vurub: "O cümlədən də futbolda. Amma insanların sağlamlığı ön planda olduğu üçün bununla barışmaq lazımdır".

İsmayılovun sözlərinə görə, bu il Azərbaycan futbolunu və onun həvəskarlarını çox çətin il gözləyir: "4 komandamız Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək.

Komandalarımız fiziki baxımdan tam hazırlıqla olmasalar da, ümid edirəm ki, əzmkarlıq göstərib futbolumuzun adını yüksəklərə qaldıracaqlar. 8 komandanın hər birinə uğurlar diləyirik. Ümid edirəm ki, bu çempionatda milli komandada oynayacaq bir neçə yeni futbolçu çıxacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu