Deyəsən, ipə-sapa yatmayan Quliyevi bağışlayacaqlar

29 İyun 2020 17:52 Azərbaycan Futbolu 714
Deyəsən, ipə-sapa yatmayan Quliyevi bağışlayacaqlar

Azərbaycanlı futbolçu Ayaz Quliyev "Spartak"da (Moskva) qala bilər.

Sportinfo.az xəbər verir ki, rəhbərlik yarımmüdafiəçi ilə bağlı fikrini dəyişib.

Bildirilir ki, komandanın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışında Quliyevə şans verəcək. Məhz həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.

Yerli mətbuat “Rostov” klubunun Ayazın xidmətində maraqlı olduğunu yazır. İntizamsız davaranışları səbəbindən əvəzedici heyətə göndərilən Quliyevin "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda