Azərbaycanlı futbolçunun klubu satılır, artıq müştəri də tapılıb

27 May 2020 18:34 Azərbaycan Futbolu 1 007
Azərbaycanlı futbolçunun klubu satılır, artıq müştəri də tapılıb

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etiyi "Ufa" satılır.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun idarə heyətinin sədri Rostislav Murzaqulov danışıb.

O açıqlamasında klubun ərəb və ya avstriyalı investorlara satıla biləcəyini açıqlayıb. Klub rəsmisi artıq bununla bağlı danışıqlara başlanıldığını vurğulayıb.
Ad - 00:25

Murzaqulov ona ünvanlanan suallara "Danışıq apardığımız şirkətlər arasında həm ərəb, həm də Avstriya təmsilçiləri var. Eyni zamanda klubun tamamilə satılması haqda müzakirələr aparmırıq.

Çünki bu respublikanın mülkiyyətidi və əhalinin 2/3 hissəsi dəstəkləyir. Yeni sponsorun klubun inkişafına təkan verəcəyindən məmnun olacağıq və danışıqlarımız davam edir" sözlərini söyləyib.

2014-cü ildən Rusiya Premyer Liqasında çıxış edən Başqırdıstan klubu hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti