Hazırda həbsdə olan "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov aclıq və ölüm orucunu dayandırdığını bəyan edib.
Sportinfo.az xəbər verir ki, klub sahibi bu barədə özünün instagram hesabından məlumat verib.
"Övladlarımın və ailəmin yalnız qalmaması, məni sevən dostlarımı üzməmək və düşmənlərimin çörəyinə yağ çəkməmək üçün başda ailəmin və dostlarımın ricası ilə aclıq və ölüm orucunu dayandırdığımı bilmənizi istərdim" - deyə, Mənsimov qeyd edib.