Elxan Məmmədov futbol adamlarına hörmət qoyacaqmı?

27 Fevral 2020 22:50 Azərbaycan Futbolu 913
Elxan Məmmədov futbol adamlarına hörmət qoyacaqmı?

Veteranlar İttifaqının fevralın 13-də “Park İnn” otelində toplanıtı keçirməyi planlaşdırdığını, ancaq bəzi səbəblərdən təxirə salındığını ötən saylarımızın birində xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, İttifaqın prezidenti Oqtay Abdullayev toplantının sabah keçiriləcəyini bildirib:

“Veteranlarla görüş fevralın 28-də Bakı Biznes Mərkəzində baş tutacaq. Tədbirə bütün bölgələrdən veteran futbolçular dəvət olunub.

Təxminən 150-yə yaxın qonağın olacağı gözlənilir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun toplantıya qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib.

Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadov isə görüşdə iştirak edəcək.

Xeyli vaxtdı veteranlar geniş tərkibdə bir araya gəlmirlər. Bu üzdən Veteranlar İttifaqı olaraq qərara gəldik ki, belə toplantının keçirilməsinin zamanı yetişib” (Futbol+).

Xəbər Lenti