Elxan Məmmədov Qurban Qurbanova nələri etiraf etdi? – GİZLİ GÖRÜŞÜN TƏFƏRRÜATI

18 Fevral 2020 21:10 Azərbaycan Futbolu 1 748
Elxan Məmmədov Qurban Qurbanova nələri etiraf etdi? – GİZLİ GÖRÜŞÜN TƏFƏRRÜATI

Yanvarın 28-də AFFA-nı Rövnəq Abdullayevin əlindən alan Elxan Məmmədov qarşıdakı 4 il üçün hakimiyyətini bir qədər də möhkəmləndirməyin planlarını cızır.

İcraçı vitse-prezident seçilməklə yanaşı, baş katib vəzifəsini də özündə saxlayan zat indi yalnız «can suyu»nun arxasınca getmir.

O, ənənəsinə sadiq qalaraq, yeni manevrlər etməkdədir. Hər halda ölkənin futbol ictimaiyyəti ondan kəskin narazıdır,

fəaliyyəti təqdir olunmur, addımbaşı tənqidə məruz qalır və anlayır ki, bu, bir müddət də belə davam eləsə, kütləvi etirazın qarşısında dayana bilməyəcək.

Pula və vəzifəyə hərisliyi ilə ad çıxaran Elxan Məmmədov yalnız AFFA-dan kənardakılar üçün nifrət obyekti deyil. Onu elə AFFA-nın özündə də sevmirlər. Federasiyanın sayı 200 nəfər civarındakı kollektivi içərisində çox az əməkdaş tapmaq olar ki, yeni icraçı vitse-prezidentə inansın, arxasınca getməyi ürəkdən istəsin. Sadəcə, qalıblar əlacsız. Yüksək maaş xatirinə səslərini hüudürdən çıxara bilmirlər, kirimişcə hadisələrin gedişini izləyirlər.

E.Məmmədov bundan xəbərdardır, odur ki, AFFA-nı despot kimi idarə etməkdə, bütün «ip»ləri əlində saxlamağa çalışır və deməliyik ki, nəyi də olmasa, bunu pis bacarmır. Hər halda qurduğu «xəbərçi seti» federasiyanın otaqlarında gedən söhbətlərin, danışılanların vaxtında ona çatmasına qadirdir.

Hazırda Elxan Məmmədova tərs gələn qüvvələr vaxtilə onunla bərabər çalışmış insanlardır. Onlardan birincisi Nazim Süleymanovdur. Sonuncunun yaratdığı Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı pis-yaxşı formalaşıb və gah sürətli, gah asta addımlarla AFFA-nın üstünə gəlir. Məmmədovu 1 ilə yaxındır bu maraqlandırır ki, görəsən, Süleymanovun arxasında kim dayanıb? Hər yeri ələk-vələk edib, müxtəlif səviyyəli görüşlər keçirib, əlaqələri vasitəsilə bu sirri çözməyə çalışıb. Süleymanovun sədri olduğu təşkilatın son vaxtlar tədbir keçirdiyi məkanlardan uzaqlaşdırılması belə düşünməyə əsas verir ki, AFFA-nın icraçı vitse-prezidenti onlarla mübarizə aparmağın sivill üsulunu tapmayıb, bürokrativ əngəllərlə Həmkarlar İttifaqını ruhdan salmağa, diaktiv olimağa məcbur etməyə israrlıdır. İdarə Heyətinin üzvlərinin cüt-cüt istefa verməsi bu planın tərkib hissəsidir. Güman ki, önümüzdəki günlərdə, həftələrdə daha bir neçə nəfər Süleymanovu tərk edəcək. Çünki iş və maliyyə rıçaqları bütünlüklə Məmmədovun, onun çevrəsinin əlindədir.

2007-ci ildə «Natəvan» Ticarət Mərkəzindən AFFA-ya gələn Elxan Məmmədovun fikrində tutduğu yeganə şəxs Nazim Süleymanov olsaydı, deyərdik ki, biz bu adamı tanımırıq. O, Həmkarlar İttifaqını zərərsizləşdirməyə, sıradan çıxarmaqla güc sərf eləməklə yanaşı, düşmən gözündə gördüyü Qurban Qurbanova «qırmaq» atıb». Onun təşəbbüsü və təkidi «Qarabağ»ın baş məşqçisini yumşaldıb. Qurbanov millidəki 1 illik karyerasının uğursuz alınmasının səbəbkarıyla Bakının ən məşhur restoranlardan birində görüşüb. Bir neçə saat sürən görüşmədə Rəşad Sadıqov da iştirak edib. Dəyirmi masa arxasına yığışan trio özlərinə dair məsələlər ətrafında söhbətləşib, yaxın keçmişdə baş verən qaranlıq hadisələrə qismən də olsa, aydınlıq gətirib. Məsələn, Elxan Məmmədov etiraf edib ki, millidə çalışdığı 1 il müddətində Qurban Qurbanova kifayət qədər dəstək verməyib. O, buna görə üzrxahlığını dilə gətirməklə yanaşı, Qurbanov lazımı səviyyədə kömək etməməsinin səbəbini başqa amillərlə əlaqələndirib. Deyib ki, yığmanın Millətlər Liqasında mübarizə apardığı həmin dönəmdə AFFA-nın bütün səlahiyyəti onda olmayıb. Başqa sözlə, yeni icraçı-direktor dolayısı ilə federasiya rəhbərliyində təmsil olunan digər şəxslərin Qurbanova və milliyə barmaqarası yanaşdığını iddia edib.

Federasiyanın baş adamı «Qarabağ»ın çalışdırıcısına bir məsələyə görə də öz təşəkkürünü dilə gətirib. Söhbət onun yığmadan uzaqlaşdırılandan sonra AFFA rəhbərliyinin ünvanına bir kəlmə də tənqidfi fikir söyləməməsindən və bağlı qapılar arxasında danışılan mövzuları ictimailəşdirməməsindən gedir. Onu da etiraf edib ki, hər futbol hərəkəti bu cür səbrlə davranmaz, necə deyərlər, Qurbanov AFFA mənsublarına münasibətdə öz böyüklüyünü qoruyub saxlayıb.

E.Məmmədovun sözündən belə çıxıb ki, o, artıq hər şeyi unudub və indi bütün umu-küsülərin bir kənara qoyulmasının tərəfdarıdır. AFFA-nın idarəçisi Qurbanovdan dəstək istəyib və məsləhətlərinə ehtiyacının olduğunu söyləyib. Bildirib ki, onun məqsədi bütün sağlam qüvvələri AFFA-nın ətrafında birləşdirmək və futbolun inkişafına nail olmaqdır.

Əlbəttə, Elxan Məmmədov işini bilir. Şəxsə məlumdur ki, ölkə rəhbərliyi Qurban Qurbanova böyük simpatiya bəsləyir. İşdir, o, millidə çalışdığı vaxt başına gətirilənlərdən bir kəlmə çıxıb danışsa, ciddi rezonans doğuracaq, AFFA-nın daşı daş üstündə qalmayacaq. Bu, E.Məmmədova Nazim Süleymanovun yaratdığı təhlükədən daha qorxulu gəlir. Odur ki, «torba»sını tikdiyi mütəxəssislə yaxınlaşmağı, üzdə də olsa, münasibətləri qaydasına salmağı, beləliklə də, vaxt udmağı qarşısına qoyub.

Qurbanov yenə onun bu çoxgedişli siyasətinin, gəl-gəl deyən «tələ»sinə düşəcəkmi? Gəlin, proseslərin bundan sonrakı inkişafını gözləyək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!