Deputat olmaq istəyən bu gənc hansı klub prezidentinin oğludur?

27 Yanvar 2020 13:00 Azərbaycan Futbolu 1 286
Deputat olmaq istəyən bu gənc hansı klub prezidentinin oğludur?

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov deputatlıq mandatı uğrunda mübarizə aparacaq.

Sportinfo.az-ın məlumatına görə, o, “Turan“ın sabiq prezidenti Musa Süleymanovun oğludur.

Rəşad Süleymanov30 may 1984-cü ildə Bakı şəhərində anadan olub. 2002-2004-cü illər ərzində ABŞ-ın Los-Anceles şəhərində “Language Systems International” biznes dil kursunu bitirib.

2005-2010-cu illərdə Bakı 2004-cü ildən 2006-cı ilədək ADO-G Şirkətlər Qrupunda Kommersiya üzrə direktor və Marketinq üzrə direktor vəzifələrində işləyib.

2009-cu ildən 2010-cu ilədək ADO-G Şirkətlər Qrupunda beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində, 2010-cu ildən indiyədək isə baş direktor vəzifəsində işləyir.

2013-cü ildə “Gemini Studio” MMC-ni təsis edib. Heç bir siyasi partiyanın üzvü deyil. Hazırda Bakıda yaşayır. Evlidir, iki övladı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı