"Almeyda əsl liderdir"

22 Yanvar 2020 14:14 Azərbaycan Futbolu 1 039
"Almeyda əsl liderdir"

"Bani Yas"ın (BƏƏ) baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis Azərbaycan millisinin üzvünün onun komandası üçün dəyərli əlavə olduğunu bildirib.

"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" deyə, 70 yaşlı mütəxəssis vurğulayıb.

2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.

"Bani Yas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. Vinfrid Şefer isə 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı" komandasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda