Azərbaycanın mövqeyi dəyişmədi, 25-ci pillədə qaldıq

19 İyul 2024 11:20 Azərbaycan Futbolu 1 054
Azərbaycanın mövqeyi dəyişmədi, 25-ci pillədə qaldıq

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, buna qitə kuboklarının I təsnifat mərhələsinin cavab oyunlarının nəticələrindən sonra aydınlıq gəlib.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmaslı 17,000-a bərabərdir. “Zirə” ötən gün Avropa Liqasının I təsnifat mərhələsində "Şerif”ə uduzmaqla ölkəmizə xal qazandıra bilməyib.

Azərbaycandan bir pillə öndə Slovakiya (17.375), bir addım geridə isə Kipr (16.975) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!