"Keşlə"nin stadionunda oğurluq: 1200 manat, 100 dollar, telefon...

17 Sentyabr 2019 15:52 Azərbaycan Futbolu 347
"Keşlə"nin stadionunda oğurluq: 1200 manat, 100 dollar, telefon...

"Keşlə"nin stadionu “ASK Arena”da oğurluq hadisəsi qeydə alınıb.

Sportinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də baş verib.

Stadionun paltardəyişmə otağında 2000-ci il təvəllüdlü Z.Uğurlunun mobil telefonu, içərisində 1200 manat olan pul kisəsi və 2003-cü təvəllüdlü A.Abbasovun 100 dolları (170 manat) oğurlanıb. Qeyd edək ki, adıçəkilən şəxslər "Keşlə"nin oyunçuları deyil. Onlar “ASK Arena” ərazisindəki mini meydançalarda futbol oynamağa gələn sıravi vətəndaşlardır.

Məsələ ilə bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti