“Qarabağ” dünya klublarının reytinq siyasında 8 pillə geriləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.
Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Zirə” (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran “Sabah” isə 411-cidir.
503 klubun olduğu siyahıda “Neftçi” yer almayıb.
“Real” (420 xal) liderdir. “Mançester Siti” 364 xal) ikinci, Almaniya təmsilçisi “Bayer” (362 xal) üçüncüdür.