Yenidən növbəti 5 il üçün futbol qurumunun prezidenti seçildi

24 Fevral 2024 02:40 Azərbaycan Futbolu 3 917
Yenidən növbəti 5 il üçün futbol qurumunun prezidenti seçildi

AFFA-nın inzibati binasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) VI hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb.

Konfrans iştirakçılarına keçən dövr ərzində görülən işlərlə bağlı video formatda hesabat təqdim edilib. Daha sonra AHFF-nin prezident vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Rüfət Əmirov yenidən növbəti 5 il üçün qurumun prezidenti seçilib.

Rəhim Əliyev (vitse-prezident), Altay Mehdiyev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Rafiq Əsgərov və Fərhad Nağıyev isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransında AFFA-nın baş katibinin müavini Kamran Vəliyev də iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”