"Mançester Siti"nin yetirməsi Azərbaycan klubuna lazım olmadı

2 İyun 2023 17:00 Azərbaycan Futbolu 924
"Mançester Siti"nin yetirməsi Azərbaycan klubuna lazım olmadı

"Turan Tovuz" daha bir legioneri ilə yolları ayırıb.

Söhbət qışdan sonra heyətə cəlb edilən Divine Nahladan gedir.

26 yaşlı hücumçu baş məşqçi Ayxan Abbasova lazım olmayıb.

Bu səbəbdən Qanalı futbolçunun müqaviləsinin növbəti bir ili qüvvəyə minməyib.

Afrikalı arxa xətt oyunçusu ilə qışdan sonda 3 ay+1 illik sözləşmə imzalanmışdı.

«Mançester Siti»nin yetirməsi 2014-2018-ci illəri İngiltərədə keçirib. Premyer Liqa təmsilçisi bu illər ərzində onu müxtəlif ölkələrin klublarına icarəyə verib.

«Stromsqodset» (Norveç), «NAK Breda» (Niderland), «FC Nordşland» (Danimarka), «Örebro SK» (İsveç) və «A.F.C. Tubize»da (Belçika) forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM