
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 10 oyunçunun yer aldığı reytinqə bolqarıstanlı qapıçı Georgi Petkov başçılıq edib.
O, ötən il ölkəsinin “Slaviya” klubunun heyətində iştirak etməklə 45 yaş 343 günlüyündə çərçivəni qoruyub.
2022-ci il fevralın 20-nə təsadüf edən Sofiya MOİK-i ilə görüşdə rəqibi ilə toqquşaraq qısa müddət huşunu itirən Petkov məhz bu səbəbdən bir daha iştirak etməyib.
Azərbaycan Premyer Liqasında 2022-ci ildə oynayan ən yaşlı oyunçu isə “Turan Tovuz”un qapıçısı Kamal Bayramov olub.
Qolkiper XVIII turda “Qəbələ” ilə qolsuz bərabərə qaldıqları matçda 37 yaş 131 günlüyündə çərçivəni qoruyub. Ancaq bu, onun dünya reytinqində ilk “10-luğ”a düşməsinə kömək etməyib.
|
Futbolçu |
Yaşı |
Ölkəsi |
Klubu |
1 |
Georgi Petkov |
45 yaş 343 gün |
Bolqarıstan |
“Slaviya” (Sofiya) |
2 |
Ussa |
45 yaş 198 gün |
Misir |
“Əl-İttihad” |
3 |
Daniel Vaka |
43 yaş 324 gün |
Boliviya |
“Royal Pari” |
4 |
Abbas Ahmed Atvi |
42 yaş 247 gün |
Livan |
“Əl-Əhli” |
5 |
İldefons Lima |
42 yaş 229 gün |
Andorra |
“Eskaldes” |
6 |
Conatan Juber |
42 yaş 224 gün |
Lüksemburq |
“Düdelanj” |
7 |
Ceyms Çamanqa |
42 yaş 220 gün |
Zambiya |
“Arrou” |
8 |
Riys Qriffits |
42 yaş 200 gün |
Uels |
“Penibont” |
9 |
İlion Lika |
42 yaş 148 gün |
Albaniya |
“Tirana” |
10 |
Artur Boruç |
41 yaş 358 gün |
Polşa |
“Legiya” |