Azərbaycan çempionatında görün kimlər oynayır! - FOTOREPORTAJ

30 Noyabr 2022 09:00 Azərbaycan Futbolu 1 028
Azərbaycan çempionatında görün kimlər oynayır! - FOTOREPORTAJ

Minifutbol üzrə Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.

17 komandanın mübarizə apardığı liqada 8 qarşılaşma olub.

İlk turdan sonra daha yaxşı top fərqinə sahib olan son çempion “Birbaşa Bakı” ilk pillədə qərarlaşıb. İkinci yerdə “Veteran”, üçüncü sırada isə “Bakı” gedir.

Birincilikdə bir sıra keçmiş peşəkar oyunçuların çıxış etməsini bildirək. Onlardan Valeh Seyidov, Tural Qürbətov, Nicat Qurbanov və digərlərini qeyd edə bilərik.

Ölkə çempionatında növbəti tura dekabrın 3-də start veriləcək.

“Aznur” - “Real” Bakı 0:1
Qol:
Namiq Salayev

“Xəzər” - “Birbaşa Bakı” 2:8
Qollar:
Novruz Kazıxanov, Amil Atakişiyev / Cəfər Cəfərov, Orxan Əlixanov, Elvin Əlizadə, Eşqin Tağıyev, Mirmehdi Rzayev, Eyyub Əfəndiyev.

“Dəyirman” - “Dəmir Yumruq” 4:2
Qollar:
Ruslan Allahverdiyev, Valeh Seyidov, Vüqar Camıyev, Qüdrət İsmayılov / Vüsal Nəsirov, Fərid Məmmədli, Anar Kazımov.

“Dinamo” Gəncə - “Odlar Yurdu” 2:2
Qollar:
Cavid Abbasov (pen), Elçin Zeynalov // Orxan Səfiyaroğlu.

“Qarabağ” - “Qalaksi Şuşa” 3:1
Qollar:
Fərid Beybutov, Fərəc Fərzəliyev, Əsgər Alışanov / Bayram Nurizadə.

“Sumqayıt” - “Bakı” 1:3
Qollar
: Kənan Məmmədov / Kamran Abdullazadə, İlham Mirzəyev.

“Veteran” - “Zəngəzur” 5:3
Qollar:
Toğrul İsmayılzadə, Tural Qürbətov / Elmar Bağırov, Nicat Qurbanov, Əsgər Hümbətov.

“AS Kəpəz” - “Ərgünəş Füzuli” 3:1
Qollar:
Nəciməddin Zalıyev / Muxtar Gözəlov.

SPORTİNFO.AZ

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?