Bir həftə istirahət, BOS və 2 oyun – Onların PROQRAMI

13 Yanvar 2022 23:00 Azərbaycan Futbolu 532
Bir həftə istirahət, BOS və 2 oyun – Onların PROQRAMI

Azərbaycanlı hakimlər bu il də toplanışı ölkə daxilində keçəcək.

2 il əvvələ qədər hər ilin qışında və yayında fasilə hazırlıqlarını xaricdə keçən ədalət təmsilçiləri son illər ölkədən kənara çıxa bilmir.
Frits Stuxlikin gəlişindən sonra öyrəşmədiyimin ənənənin yaranmasının səbəbkarı avstriyalı mütəxəssisdir, yoxsa maliyyə sıxıntısı, deyə bilmərik.

Fakt budur ki, referilər əcnəbi komandaların hazırlıq matçlarında fit çalmaqdan məhrum olub.

Premyer Liqanın birinci yarısı başa çatandan sonra 1 həftəlik istirahətə buraxılan hakimlər çalışmalarını Bakıda davam etdirir. Bakı Olimpiya Stadionunda həftədə 3 dəfə bir araya gəlib, əsasən fiziki hazırlıq üzərində işləyirlər.
Hələ ki, ölkə daxilində yoldaşlıq görüşləri yoxdur deyə, meydanda əsas söz sahibi olmaq mövzusu gözləmə mövqeyindədir.

Bu ay “Keşlə” ilə “Səbail” arasında baş tutacaq 2 sınaq matçına təyinat alacaqlar, bir də Birinci Divizion təmsilçiləri oynamaq həvəsinə düşsələr.

Yanvarın 20-dən sonra, yəni son 10 gündə dərslərin keçirilməsi də mümkündür. Lakin Hakimlər Komitəsinin sədri Frits Stuxlik hələ ki, bu barədə məlumat verməyib.

Ədalət təmsilçilərinin fasilə dönəmində oyunsuz qalmasının Premyer Liqanın ikinci yarısına ədaləti qorumaq baxımından nə dərəcədə təsir edəcəyini birlikdə görəcəyik. Hər halda gözləyək...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti