“Hələlik bir futbolçunun ölkə xaricinə çıxması daha realdır”

11 İyun 2021 16:30 Azərbaycan Futbolu 1 420
“Hələlik bir futbolçunun ölkə xaricinə çıxması daha realdır”

“Bir neçə gənc futbolçunu Avropaya aparmaq istəyirəm”

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

Son illər 10-a yaxın azərbaycanlı futbolçunun legioner həyatı yaşamasına vasitəçilik etmiş tanınmış agent bu istıqamətində fəaliyyətini yenə davam etdirdiyini bildirib:

“Ad çəkmək istəmirəm, ancaq danışıqlar gedir. Açığı, hələlik bir futbolçunun ölkə xaticinə çıxması daha realdır.

Ötən yay heç bir gənc futbolçunu Avropaya aparmaq mümkün olmadı. Pandemiya hələ də davam edir və bunun ümumi işə böyük zərbə vurduğunu deməliyəm.

Bütün çətinliklərə baxmayaraq, istəyirəm ki, heç olmasa, daha bir futbolçumuz legioner həyatı yaşasın”.

Xəbər Lenti