Azərbaycanlı məşqçiyə rəsmi təklif göndərən daha bir xarici klubun adı bilindi

20 Aprel 2021 16:20 Azərbaycan Futbolu 3 444
Azərbaycanlı məşqçiyə rəsmi təklif göndərən daha bir xarici klubun adı bilindi

«Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədovun İrandan təkliə aldığını xəbər vermişdik.

Gənc mütəxəssisin özü də Sportinfo.az-a açıqlamasında «Saypa»dan ona dəvət gəldiyini təsdiqləyib.

Bu arada azərbaycanlıya çalışdırıcı ilə qonşu ölkədən daha bir klubun ciddi şəkildə maraqlanması redaksiyamıza məlum olub.

Birinci dəstədə çıxış edən «İstiqlal» Məmmədova görə AFFA-ya rəsmi məktub yollayıb. Xuzistan təmsilçisi həmyerlimizi İranda görmək istədiyini məktubda qeyd edib.

«İstiqlal» 21 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 38 xala malik komandaya güclülər dəstəsinə çıxmağa əsas namizədlərdən sayılır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!